Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, keçirilən operativ əməliyyat tədbirləri nəticəsində Ucar şəhəri, Tofiq İsmayılov küçəsində yaşayan 22 yaşlı Əli Hüseyn oğlu Rəhimov şübhəli şəxs qismində saxlanılıb.
Dindirilmə zamanı məlum olub ki, o, yanvarın 9-da Ucar şəhər sakini Solmaz Əlihüseyn qızı Hüseynovanın evinə soxularaq oradan 130 manat dəyərində 1 ədəd fotoaparat oğurlayıb. Bundan 2 gün sonra Əli Rəhimov oğurluq məqsədi ilə Solmaz Hüseynovanın bacısının evinə girib.
"Ucar şəhər sakini Hüseynova Əminə Hüseyn qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onu evinə daxil olaraq evindən 1 ədəd “SONY” markalı videokameranı və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb”, - deyə Ucar RPŞ-nın rəis müavini İlham Əhmədov bildirb.
Əli Rəhimov törətdiyi əməlini etiraf edib. O, oğurladıqlarını satdığını deyib. Saxlanılaraq istintaqa təhvil verilən şəxs əvvəllər məhkumluq həyatı yaşamayıb.
Milli.Az