Plastikə qarşı möhtəşəm alternativ: ağac lifi və hörümçək toru

Plastikə qarşı möhtəşəm alternativ: ağac lifi və hörümçək toru
23:57 24 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu günün dünyasında plastik, böyük yer örtür və elm insanları bu maddə yerinə alternativlər axtarır. Ağac lifləri və hörümçək torlarını istifadə edərək plastikə bir alternativ tapmaq mövzusunda əhəmiyyətli addımlar atıldı. Üstəlik bu vəsaitlər dərhal hər yerdə tapıla bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kifayət qədər sərt, dayanıqlı, elastik və uzun ömürlü bir vəsait tapmaq çox da asan deyil. Alto Universiteti və VTT araşdırmaçıları isə bu çətinliyin öhdəsindən gəlmək üçün təbiətdən ilham aldı.

Araşdırmaçılar, həqiqətən bioloji əsaslı bir məhsul yaratmaq üçün ağaclarda olan sellüloza liflərini hörümçək torlarında olan bir zülal ilə birləşdirdilər. Nəticədə ortaya olduqca dayanıqlı və möhkəm bir vəsait çıxdı. Bu vəsaitin gələcəkdə plastik üçün uyğun bir əvəzləyici olması gözlənilir.

Alto Universitetinin professor Markus Linder, təbiətin yeni materiallar yaratmaq üçün möcüzə komponentlər təqdim etdiyini söyləyərkən, buna nümunə olaraq da öz istifadə etdikləri sellüloza lifləri və hörümçək torlarını göstərdi. Bu vəsaitlərin üstünlüyü isə, bioloji olaraq çox daha tez həll olmaları və təbiətə zərər verməmələridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/787987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR