Donald Tramp vəzifədən azad edilir - Rəsmi iş başladıldı

ABŞ "Təmsilçilər Məclisi" sədri Nansi Pelosi ABŞ prezidenti Donald Trampın vəzifədən azad edilməsi üçün rəsmi addımların atılmağa başlandığını açıqlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Pelosi bunu "Təmsilçilər Məclisi"nin Demokrat vəkillər ilə keçirdiyi görüşün ardından jurnalistlərə verdiyi açıqlamada qeyd edib. Trampın Ukrayna prezidenti Vladimir Zalenski ilə iyulda keçirdiyi və Demokrat Co Bayden haqqında araşdırma başladılmasını istədiyini deyən Pelosi Trampın hərəkətlərinin ABŞ-ın beynəlxalq təhlükəsizliyini baltaladığını deyib.

Donald Tramp Demokratların ona qarşı atdığı bu addıma qarşı "Tvitter" hesabından bunları yazıb:

"Bugün BMT-də əhəmiyyətli bir gündür, çox iş və uğur var. Demokratlar qəsdən son dəqiqə xəbərləri verərək bunu batırmaq və alçaltmaq istəyirlər. Cadugər ovu zibilliyi. Ölkəmiz üçün pisdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR