Bakıda "dilənçi ovu"

Bakıda "dilənçi ovu"
14:06 16 Yanvar 2015
211 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis dilənçiləri saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Bildirilib ki, əməliyyat Nərimanov RPİ 16-cı, 17-ci və 18-ci PB və Suraxanı RPİ əməkdaşları tərəfindən həyata keçirilib.

Dilənçiliklə məşğul olan 25 nəfərdən 5-i kişi, 11-i qadın, 9-u isə azyaşlı olub.

Saxlanılan dilənçilər xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR