Çayların sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanıb

14:13 16 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-170, Kiçik Qafqazın çaylarında 150-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, yanvarın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 112 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsinin 2 sm artdığı müəyyən edilib.
Suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 380, Şirvanda 253, Salyanda 235, Bankədə 201, Araz çayının Novruzlu məntəqəsində isə 123 sm təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHaylarin_sululugu_ile_bagli_aparilmis_arasdirmanin_neticeleri_achiqlanib-825261

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR