"Qarabağ"ın legioneri həftənin futbolçusu seçilib

"Qarabağ"ın legioneri həftənin futbolçusu seçilib
17:32 27 Sentyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında V turun rəmzi komandası bəlli olub. 
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən "11-liy"ə "Qarabağ"dan 4,  "Sumqayıt" və "Səbail"dən hərəyə 2, "Keşlə", "Zirə" və "Qəbələ"dən 1 oyunçu düşüb. 
Turun futbolçusu isə "Qarabağ"dan Abdullah Zubir olub. 
Qapıçı: Mehdi Cənnətov - 262 (“Sumqayıt”) - 2
Müdafiəçilər: Şəhriyar Rəhimov - 263 (“Səbail”) - 2, Şəhriyar Əliyev - 262 (“Sumqayıt”), Franko Flores – 259 (“Keşlə”) - 2, Abbas Hüseynov - 280 (“Qarabağ”) - 4
Yarımmüdafiəçilər: Abdullah Zubir – 299 (“Qarabağ”) - 2, Yevgeni Koçuk - 257 (“Səbail”), Merab Qiqauri - 280 (“Qəbələ”), Xayme Romero – 288 (“Qarabağ”)
Hücumçular: Xulio Sezar Rodrigez - 241 (“Zirə”) - 2, Maqaye Qeye - 228 (“Qarabağ”) - 2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-legioneri-heftenin-futbolcusu-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR