İran ABŞ ilə danışıqlara başlamaq üçün şərtini açıqladı

İran ABŞ ilə danışıqlara başlamaq üçün şərtini açıqladı
17:37 27 Sentyabr 2019
109 Dünya
Ölkə mətbuatı
A- A+

Əgər Prezident Donald Tramp İrana tətbiq etdiyi ədalətsiz sanksiyaları aradan qaldırsa və təzyiq siyasətinə son qoysa, onda rəsmi Tehran danışıqlara başlaya bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Prezident bildirib ki, İran xalqına qarşı belə qəddar sanksiyalar heç bir beynəlxalq qanuna və normaya sığmır. İran bu vəziyyətdə danışıqlar apara bilməz. Sanksiyalar aradan qalxsın və məntiq əsas götürülsün.

Xatırladaq ki, Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/789759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR