Ermənilər ayağa qalxdılar - İsraildə səfirlik istəmirik

Ermənilər ayağa qalxdılar - İsraildə səfirlik istəmirik
21:12 27 Sentyabr 2019
160 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan hökumətinin İsraildə səfirlik açması barədə qərarı xüsusi ilə Livan, Suriya və İran olmaqla, Yaxın Şərq regionu ölkələrində yaşayan erməni icmalarının ciddi narahatlığına səbəb olub. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Ermənistanın "Jamanak" nəşri iddia edir ki, hazırda bu ölkələrdə olan erməni partiyaları və icmaları yeni reallıqda necə hərəkət etmələrinə dair məsləhətləşmələr həyata keçirir.

"Bu ölkələrdə olan erməni icmalar narahatdırlar ki, İsraillə diplomatik əlaqələrin qurulması yaşadıqları ölkələrin rəhbərliklərinin onlara qarşı müsbət münasibətini dəyişə bilər", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, sentyabrın 19-u Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İsraildə səfirliyin açılmasının ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcəyini bildirib: "Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/789834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR