Cennifer Lopez dərin dekoltesi ilə diqqət mərkəzində - FOTO

Cennifer Lopez dərin dekoltesi ilə diqqət mərkəzində - FOTO
12:13 28 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

44 yaşlı idmançı nişanlısı Aleks Rodrigezlə yeni ətrinin təqdimatına gələn Cennifer Lopez geyimi ilə gündəm yaratmağa nail olub.

Publika.az xəbər verir ki, tədbir üçün dərin sinə dekolteli bəyaz kostyum seçən ulduz obrazını eyni tonlu ayaqqabı və çanta ilə tamamlayıb.

İspaniyanın San-Sebastiyan şəhərində keçirilən beynəlxalq kino festivalına qatılan 45 aktrisa Penelopa Kruz da çıxışı üçün eynilə Ceylo kimi ağ rəng seçib. Aktrisa kamera qarşısına “Chanel”dən olan dümağ kostyumda çıxıb. O, dəstini ağ bosonojka ilə tamamlayıb.

Yeri gəlmişkən, San-Sebastiyan festivalında Krusa kinematoqrafiyanın inkişafına göstərdiyi xüsusi töhfələrinə görə “Donostia Award” fəxri mükafat təqdim olunacaq.

Paris moda həftəsində “Fenty”nin dəfiləsində iştirak edən Rihanna isə Ceylo və Penelopadan fərqli olaraq qara dəst seçib. O, qara rəngin sıxıcı aurasını alqırmızı dodaq boyası ilə zənginləşdirməyə çalışıb. Kəkil kəsdirən 31 yaşlı müğənni şəxsi brendinin dəfiləsində həm də yemi imicini nümayiş etdirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/291544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR