Pendir qan damarlarını duzun zərərli təsirlərindən qoruya bilər

Pendir qan damarlarını duzun zərərli təsirlərindən qoruya bilər
22:37 28 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Pendir sevənlər sizə yaxşı bir xəbərimiz var. Penn Dövlət Universitetində aparılan araşdırmaya görə, pendirdə təbii antioksidantlar çox duzlu qidalanmanın qan damarlarına verdiyi zərərə maneə törədə bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mürəkkəb araşdırmada yüksək natriumlu qidalarla bəslənən yetkin insanların qan damarlarında da funksiya pozulması aşkar edilib. Lakin eyni yetkin insanlar gündə 4 boşqab pendir (170q) yeyərək, yüksək natriumlu qidalar qəbul etdikdə, bu təsiri aradan qaldırdı.

Araşdırmaya başçılıq edən Billi Alba, əldə etdikləri nəticələr sayəsində çox duzlu qidaların gətirdiyi risklərin tarazlaşdırıla bilinəcəyini ifadə edir.

"Duzu azaltmaq üçün böyük bir səy sərf edilir, lakin bu əksər insan üçün olduqca çətindir. Pendir kimi süd məhsullarını daha çox yeyərək , kardio risklər azaldıla bilər və natrium azalmasına getmədən damar sağlamlığını yaxşılaşdırıla bilər", - deyə Alba bildirib.

Duz az miqdarlarda qəbul edildikdə insan bədəni üçün həyati bir mineraldır . Bununla birlikdə yüksək natrium tərkibli qida qəbul edildikdə, yüksək təzyiq kimi kardio riskləri də özü ilə gətirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/789643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR