Bakıda sürücü polisi niyə sürüdü? - VİDEO

Bakıda sürücü polisi niyə sürüdü? - VİDEO
14:22 16 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə Bakının mərkəzində yol polisini maşının "kapotunda" sürüyən sürücü əməlindən peşman olub. Anspress-in məlumatına görə, saxlanılan Cavid Həsənov ilk öncə polis əməkdaşının ondan sənədləri tələb etdiyini deyir. Sənədlərini vermədikdə polis sürücüdən maşından enməsini istəyib. Bu zaman isə Cavid Həsənov maşının əlindən alınmasından qorxub və maşını saxlamayıb.

Buna səbəb kimi o bankla bağlı probleminin olduğunu əsas gətirir. Onun sözlərinə görə, maşını bank yolu ilə əldə edib və bankın pulunu 5 aydır ödəmir. Sürücü məqsədinin polisi yıxmaq olmadığını deyib.

Doğrudur, hadisə zamanı YPX əməkdaşı xəsarət alsa da, vəziyyəti qənaətbəxşdir. Cavid Həsənov isə elə əhvalatdan bir müddət sonra saxlanılıb.

Faktın təfərrüatları Nəsimi Rayon Prokurorluğunda araşdırılır. Cavid Həsənovun əməlinə məhkəmə müstəvisində qiymət veriləcək.

Anspress-in məlumatına görə, hadisə Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, Bakı Caz Mərkəzinin qarşısında baş verib. Hadisə zamanı 90 VT 023 dövlət nömrə nişanlı VAZ 2170 markalı avtomobili Ağsu rayon sakini 25 yaşlı Həsənov Cavid Fuad oğlu polisin "saxla" əmrinə tabe olmayıb. O, müfəttişi vurub və onu bir neçə metr sürüyüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR