Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib
08:36 29 Sentyabr 2019
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı, Trend:

Bazar günü Filippinin cənubundakı "Mindanao" adası yaxınlığında 6.4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə saat 10: 03-də yeraltı təkanlar qeydə alan Hong Kong rəsədxanasının seysmoloji şəbəkəsi məlumat verib. Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi daha əvvəl ərazidə 6,2 bal gücündə zəlzələ olduğunu bildirmişdi.

Hong Kong rəsədxanasının seysmoloji şəbəkəsinin məlumatına görə, sarsıtınların episentri təxminən 1.6 milyon nəfər əhalisi olan Davao liman şəhərindən 210 km cənub-şərqdə olub. Xülasədə baş verən hadisənin dərinliyi verilmir. Avropalı seysmoloqların hesablamalarına görə, zəlzələnin mərkəzi 100 km dərinlikdə yerləşirdir.

Bu vaxta qədər itkilər və ya sunami təhlükəsi barədə məlumat verilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3125513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR