Fransız qəhvə içməyə gəldi və 1 milyon avro qazandı

Fransız qəhvə içməyə gəldi və 1 milyon avro qazandı
09:37 29 Sentyabr 2019
22 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Kerchor şəhərinin sakini qəhvə içmək üçün kafeya daxil olub və orada "Euromillions" lotereya bileti alaraq 1 milyon avro qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin sakini bunları deyib "Gün çox pis başlamışdı. Mən qəhvə istədim, amma qəhvə maşını sınmışdı. Ən yaxın kafeyə getdim və eyni zamanda lotereya bileti də aldım. Həmin gün axşam bir SMS aldım və 1 milyon avro qazandım! Sevincdən qışqırdım... Bu çox yaxşı xəbər idi.

Qeyd edək ki, qalib gələn pula ev alacağını söyləyib. Həmçinin qalib gələn Yeni Zelandiyaya səyahət eləməyi planlaşdırır. "Bu qazanc mənim həyatımı yaxşılaşdıracaq, ancaq məni dəyişdirməyəcək" şəhər sakini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/790080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR