Milli komandamız dünya ikincisi oldu

Milli komandamız dünya ikincisi oldu
17:32 29 Sentyabr 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yığma Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olub. Həlledici qarşılaşmada Yaponiya cüdoçularına uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində 2-ci yeri tutub.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/790160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR