Dəhşətli YOL QƏZASI: 17 tələbə öldü

Dəhşətli YOL QƏZASI: 17 tələbə öldü
19:33 29 Sentyabr 2019
120 Digər
Ölkə mətbuatı
A- A+

Tailandın şimal-şərqində texniki kollecin 17 tələbəsi pikapın iştirakıyla baş verən yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Publika.az “RİA-Novosti” agentlyinə istinadən xəbər verir ki, bu haqda yerli polisə istinadən “Thaiger” internet portalı bildirib.

Hadisə Kamboca ilə sərhəddə yerləşən Sisaket əyalətində baş verib. Tələbələr dərsdən evə qayıdırdılar. Portalın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, pikapın arxa hissəsində oturmuş 12 tələbə hadisə yerində həlak olub, daha 5 nəfər ağır zədələrə görə xəstəxanada ölüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/291637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR