Yahoo loqosunu dəyişdirib!

Yahoo loqosunu dəyişdirib!
23:12 29 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bir vaxtlar ən məşhur internet portallarından biri olan Yahoo loqosunu və email sistemini yeniləyib. Yeni loqosunda Yahoo sözünün hamısını istifadə edən portal əyri nida işarəsini isə dəyişdirməyib.
Yahoo artıq əvvəlki kimi məşhur olmasa da hələ də axtarış motoru və email sistemindən istifadə xidmətləri bir çox insan tərəfindən aktiv şəkildə istifadə edilir.

1995-ci ildə qurulan və ötən illər ərzində bir neçə dəfə dəyişiklik edən Yahoo indi də loqosunu dəyişdirib. Yeni loqo şirkətin köhnə loqosuyla ilə müqayisədə daha modern düzəldilib və şirkətin adını bir az daha vurğulayan bir dizayndadır. Şirkət rebrendinqlə internet aləmində var olduqlarını və hələ hədəflərinin olduqlarını göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/789596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR