Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması müzakirə edilib (FOTO)

Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması müzakirə edilib (FOTO)
11:22 30 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi, İnformasiya Texnologiyaları və Rabitə Agentliyi və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında görüşlər keçirib. Texniki məsələlər və elektron imzaların qarşılıqlı tanınması istiqamətində mexanizmlər müzakirə olunub. Görüşlərdə elektron imzanın tətbiqi, həmçinin ölkələrin bu infrastrukturu qarşılıqlı tanıması istiqamətində fikir mübadiləsi aparılıb.

Elektron imza sisteminin qarşılıqlı tanınması Azərbaycan və Türkiyə arasında gömrük sahəsində bütün sənədlərin elektron formada imzalanaraq göndərilməsini mümkün edəcək. Bu da keçid məntəqələrində növbələrin azalmasına, sənədlərin saxtalaşdırılması riskinin aradan qaldırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə imkan verəcək.

Qeyd edək ki, hazırda Türkiyə ilə paralel olaraq Avropa ölkələri ilə elektron imzaların qarşılıqlı tanınması istiqamətində işlər aparılır.

Nümayəndə heyəti, həmçinin İstanbul Konqress mərkəzində keçirilmiş Beynəlxalq Blokçeyn konfransında iştirak edib.

Konfransın builki mövzusu “Rəqəmsal ID” olub. İştirakçılar “E-ID”nin blokçeyn texnologiyasında tətbiqini müzakirə edərək, bu texnologiyanın insanların həyatını necə dəyişdirə biləcəyi, eləcə də iqtisadiyyatın rəqəmsallaşması prosesinə təsiri haqqında danışıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/it/3125807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR