Bakıda bir qardaşı öldürməkdə, birini yaralamada təqsirləndirilən şəxsə hökm oxunub

14:27 16 Yanvar 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 14:23 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirli bilinən Elvin Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Mikayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, Elvin Mikayılov 32 yaşlı Yaşar Dərgahquliyevin boğazını kəsərək öldürüb. O, daha sonra mərhumun qardaşı, 29 yaşlı Vüqar Dərgahquliyevi bıçaqlayıb. Araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb Yaşar Dərgahquliyevin avtomobillə onun maşının yanından sürətlə keçməsi olub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR