Sürücülərin DİQQƏTİNƏ! - Dövlət rüsumu artdı

Milli Məclisin bu gün keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Metbuat.az -ın xəbərinə görə, iclasda bildirilib ki, rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilir. Hazırda bu rüsum 20 manatdır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.(report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR