Əlil Təşkilatları İttifaqının prezidenti: "Əlilliyin əldə bayraq tutulub bu kimi hərəkətlər edilməsi yaxşı hal deyil"

Əlil Təşkilatları İttifaqının prezidenti: "Əlilliyin əldə bayraq tutulub bu kimi hərəkətlər edilməsi yaxşı hal deyil"
16:02 30 Sentyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyib.
O vurğulayıb ki, narazılıq varsa bu qanuni yolla həll edilməlidir. Əlillik və ya hər hansı digər sosial vəziyyət qanun pozuntusu zamanı üstünlük gətirmir:
“Yoxsa, hansısa addan və nədənsə istifadə edib kiməsə xəsarət yetirmək düzgün deyil. Zor tətbiq etmə, yaxud kimisə təhqir etmək yolverilməzdir. Əlilliyin əldə bayraq tutulub bu kimi hərəkətlər edilməsi yaxşı hal deyil. Hər bir problemin həlli üçün qanuni yolları bilmək lazımdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/elil-teskilatlari-i-ttifaqinin-prezidentinin-aciqlamasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR