Xəstə, imkansız adı ilə insanları aldadaraq pul alan Siyəzən sakini saxlanılıb

Xəstə, imkansız adı ilə insanları aldadaraq pul alan Siyəzən sakini saxlanılıb
20:08 30 Sentyabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dindirmə zamanı S.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Xızı, Siyəzən və Şabran rayonları ərazilərində sürücüləri müxtəlif bəhanələrlə yolun hərəkət hissəsində saxlatdığı, imkansız, xəstə olması və müalicə üçün pula ehtiyacı olduğunu bildirərək onlardan aldatma yolu ilə pul aldığı məlum olub.

Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Xızı RPŞ-yə və ya şəhər telefonlarından (02331) 5-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3125840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR