Jak Şirakın tabutu ilə selfi çəkdilər, tənqid olundular - FOTO

Jak Şirakın tabutu ilə selfi çəkdilər, tənqid olundular - FOTO
22:05 30 Sentyabr 2019
108 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın keçmiş prezidenti Jak Şirakla vida mərasimində ziyarətçilərin davranışları sosial şəbəkələrdə sərt reaksiyaya səbəb olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vida mərasimində bəziləri Şirakın tabutuna yaxınlaşaraq onunla selfi edib. Sosial şəbəkə istifadəçiləri buna icazə verdikləri üçün mühafizəçiləri və bu atdıqlarına görə selfi çəkənləri tənqid atəşinə tutub. Onlar keçmiş prezidentin tabutu ilə belə bir hadisənin baş verməsini "dəhşət" adlandırıblar.

Xatırladaq ki, Jak Şirak sentyabrın 26-da 86 yaşında dünyasını dəyişib. O, 1995-2007-ci illərdə Fransanı idarə edib. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/790483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR