ABŞ İranın şərtlərini qəbul edəcəkmi - Politoloq şərhi

ABŞ İranın şərtlərini qəbul edəcəkmi - Politoloq şərhi
20:32 1 Oktyabr 2019
112 Dünya
Ölkə mətbuatı
A- A+

İran Prezidenti Həsən Ruhani ABŞ-la nüvə sazişi üzrə danışıqların şərtlərini açıqlayıb. İran dövlət başçısı bildirib ki, rəsmi Tehran 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) ilə nüvə sazişi üzrə danışıqlar masası arxasında oturmağa hazırdır, lakin əvvəlcə Vaşinqton sanksiyaları aradan qaldırmalıdır.

Milli.Az bildirir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Sputnik Azərbaycan-a dediyinə görə, bu il də ABŞ-İran münasibətləri gərginləşməkdə davam edəcək:

"Açıq etiraf etməliyik ki, İran nüvə silahı əldə etmək istəmir. Buna baxmayaraq ABŞ və İsrail İranı zəiflətmək istəyirlər. Çünki İranın qonşu dövlətlərə təsirləri var. İran isə düşünür ki, həmin ölkələrdəki müəyyən qruplara dəstək verməsə ABŞ və İsrail sərhəddə yerləşəcək. Tətbiq olunan sanksiyalar İranda iqtisadi və sosial sahədə çətinliklər yaradır. Vaşinqton İranı tam gücdən salana qədər bu siyasətini davam etdirəcək".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/790740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR