Ermənistanda xalq silahlanır

Ermənistanda xalq silahlanır
14:36 16 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gecə İrəvanın Azadlıq meydanında həbs olunan 38 nəfərin ikisində tapança aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, üzərində silahz aşkarlanan müxalifət təmsilçiləri Karo Yeqnukyan və Qaqik Saruxanyan saxlanılıb.

Onlar Rusiyanın Ermənistandakı səfirliyinin yaxınlığında həbs ediblər. Belə aydın olub ki, indiyə kimi Ermənistanın müstəqilliyi uğrunda siyasi yolla mübarizə aparan gənclər silahlı yola əl atıblar.

İndi Ermənistanda Rusiya ordusunu ölkədən çıxarmağa çağırışlar güclənib. Erməni şərhçi Naira Hayrumyan bu gün dərc edilmiş məqaləsində vurğulayır ki, insanlar instinkt əsasında öz qalalarına - evlərinə gələn təhlükənin mənbəyini müəyyən etməyə çalışırlar. “Buna görə də, Rusiya konsulluğuna, Rusiya hərbi bazasına üz tuturlar",- deyə şərhçi bildirir.

Naira Ayrumyanın fikrincə, suverenliyin məişətdən gələn və təbii əsasları var. "O, bir neçə sadə məsələni - insanın evinin təhlükəsizliyinə zəmanəti və suveren mühakimə hüququnu nəzərdə tutur. Rus qatil suverenliyin bu iki əsasını güllələdi. İndi Ermənistanda insanlar instinktiv şəkildə öz suverenliklərini bərpa etməyə çalışırlar",- deyə şərhçi vurğulayır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR