Bu payızın əsas şalvar trendi ilə tanış olun - FOTO

Bu payızın əsas şalvar trendi ilə tanış olun - FOTO
07:23 2 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Burjua estetikası sonsuz moda təcrübələrini sınaqdan keçirtməyə imkan verən payızın əsas dəb cərəyanlarından biridir. Xüsusilə ofisdə geyim qaydalarına riayət etməyə məcbur olanlar üçün əladır.

Publika.az xəbər verir ki, dama-dama şalvarlar qarderobunuza bir az burjua zərifliyi gətirmək şansı qazandırır. Onları ən çox sevdiyiniz ağ bluzlar, qısaqol köynəklər, təkrəng sviter, vodolazka və s. ilə birləşdirə bilərsiniz. Bu, dama-dama şalvarları uyğunlaşdırmaq ən asan bir neçə variantdır.

Əfsanəvi aktrisa Ketrin Denyov 1960-cı illərin sonlarında burjua üslubunun qabaqcıllarından biri olmaq üçün dama-dama şalvar geyinməyi sevirdi. Merilin Monro ilə Odri Hepbern də ondan geri qalmırdı.

Bu cür şalvarların digər naxışlı geyimlərdən əsas üstünlüyü, vizual olaraq ombaları gizlətmək kimi heyrətamiz qabiliyyətidir. Əgər bir az incə görünmək istəyirsinizsə, xırda damalı şalvar və kip oturmuş pencək mütləq vəziyyəti xilas edəcək. Ancaq onların bu təsiri sizi çox cəlb etmədisə, əlavə olaraq onu da deyə bilərik ki, dama-dama şalvarlar gec-tez hər kəsin yorulduğu sərt qara klassik fasonlara əla alternativ olacaq.

Modapərəstlər üçün gizli dəb silahına çevrilə biləcək bir neçə dama-dama şalvar nümunəsi təqdim edirik.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/291844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR