Yaponiya Çin ilə münasibətlərin yaxşılaşacağına ümid edir

Yaponiya Çin ilə münasibətlərin yaxşılaşacağına ümid edir
07:42 2 Oktyabr 2019
113 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya Çin ilə birlikdə normal münasibətlərə qayıdaraq, Asiyada və beynəlxalq aləmdə sülhün qorunması və inkişaf üçün məsuliyyət daşıyan ölkələr kimi qarşılıqlı münasibətləri dərinləşdirməyə çalışacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri oktyabrın 1-də keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib.

Çin Xalq Respublikasının Kommunist Partiyasının yaranmasının 70-ci ildönümü günündə Y.Suqa bu ölkənin Sədri Si Cinpinin gələn yaz Yaponiyaya gözlənilən səfəri çərçivəsində müxtəlif sahələrdə daha yüksəksəviyyəli fikir mübadiləsinin aparılacağına ümidvar olduğunu deyib.

"Bəzi narahatlıqlar yaradan problemləri düzgün şəkildə həll edərək, biz bütün sahələrdə fikir mübadiləsinə və əməkdaşlığa güvənirik, Yaponiya-Çin münasibətlərini yeni səviyyəyə qaldırmağa ümid edirik", - deyə Y.Suqa bildirib.

Çinin yubileylə bağlı təşkil etdiyi böyük hərbi parada gəlincə isə, Y.Suqa deyib ki, Yaponiya bu ölkədə hərbi vəziyyəti həmişə diqqətlə izləyir və Pekinin öz müdafiə siyasətini və hərbi gücünü şəffaflaşdırmasına çalışır.

Qeyd edək ki, tarix və ərazi mübahisələrindən sonra son aylar Yaponiya və Çin münasibətlərində müəyyən hərarət yaranıb. Bu yaxınlaşma dünya iqtisadiyyatına mənfi təsir edən Pekin və Vaşinqton arasında tarif müharibəsi fonunda daha aydın hiss olunur.

Ticarət probleminin bütün dünya üçün çox ciddi məsələ olduğunu vurğulayan Y.Suqa Çini və ABŞ-ı problemin həlli üçün konstruktiv mövqe nümayiş etdirməyə çağırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/790639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR