Rusiyadan ŞOK HƏMLƏ: bu ölkə xaricində ilk dəfə etdi - FOTO

Rusiyadan ŞOK HƏMLƏ: bu ölkə xaricində ilk dəfə etdi - FOTO
08:23 2 Oktyabr 2019
121 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya istehsalı S-500 “Prometey” hava hücumundan müdafiə sisteminin ən əhəmiyyətli elementləri Suriyada sınaqdan keçirilib.

Publika.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi və hərbi-sənaye kompleksindəki mənbələrə istinadən “İzvestiya” qəzeti yazıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, sınaqlar zamanı mütəxəssislər hərbi texnikanın işində müəyyən problemləri aşkar ediblər, ancaq onları tez aradan qaldırmağı bacarıblar. Dəqiqləşdirilir ki, sınaqlar artıq bitib və müvəffəqiyyətli hesab edilib. Bu, ölkə xaricində S-500-lərin ilk sınağı hesab olunur.

S-500-lərin istehsalı cari ilin iyununda başlanıb. “Rostex” dövlət şirkətinin baş direktoru Sergey Çemezov bildirib ki, Rusiya bu kompleksləri hələlik hər hansı pula satmayacaq, onlar ilk növbədə Rusiya ordusu üçün istehsal edilir.

Qeyd edək ki, S-500 “Promotey”in artıq 2020-ci ildə Rusiya ordusunun silahlanmasına daxil olacağı nəzərdə tutulub. Onun fəaliyyət radiusu 600 kilometr təşkil edir. Sistem saniyədə 7 kilometrə qədər sürətlə uçan ballistik raketi eyni anda aşkar etməyə və vurmağa qadirdir. Onun həmçinin hipersəsli raketlərin döyüş bloklarını vurmaq imkanı olacaq.

S-500 xarakteristikaları üzrə silahlanmada olan S-400 komplekslərini, həmçinin onun ABŞ-dakı rəqibi olan “Patriot Advanced Capability-3” komplekslərini əhəmiyyətli dərəcədə üstələyəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/291888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR