Azərbaycan neft hasilatını azaldıb

Azərbaycan neft hasilatını azaldıb
14:37 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft və qaz-kondensat hasil edilib
Trend-in cümə günü Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2013-cü ildə 43,1 milyon ton olub.

Ötən il neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birlikdə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

2013-cü ildə qaz hasilatı 18,7 milyard kubmetr əmtəə qazı təşkil edib, 2013-cü ildə bu rəqəm 17,9 milyard kubmetr olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR