Avstriya Azərbaycanı alternativ enerjiyə keçid məsələsində vacib tərəfdaş kimi görür - Nazirlik (ÖZƏL)

Avstriya Azərbaycanı alternativ enerjiyə keçid məsələsində vacib tərəfdaş kimi görür - Nazirlik (ÖZƏL)
15:08 2 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Avstriya Azərbaycanı alternativ enerjiyə keçid məsələsində vacib tərəfdaşı kimi görür.

Bunu Trend-ə Avstriyanın Dayanıqlı İnkişaf və Turizm Federal Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bərpa olunan enerji istehsalı uğurlu enerji keçidinin əsas nöqtəsidir:

“Hazırda Avstriya ambisiyalı, amma real hədəfə çatmağa çalışır: 2030-cu ilədək 100 faizlik bərpa olunan enerjiyə keçmək. Biz digər ölkələrin təcrübələri ilə maraqlanırıq”.

Nazirlikdən həmçinin Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRUA) qaz kəmərinin tikintisi layihəsinin əhəmiyyətini vurğulayıblar:

“BRUA qaz-nəqliyyat infrastrukturu “Cənub Qaz Dəhlizi”nin Balkan və Mərkəzi Avropada genişlənməsi mərhələlərində istifadə oluna bilər”.

Nazirlikdən bildiriblər ki, Azərbaycan Avropaya mühüm enerji ehtiyatları tədarükçüsüdür:

“Hazırda Azərbaycan və Avstriya bu sahədə müxtəlif səviyyələrdə yaxşı əməkdaşlıq edirlər”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3127051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR