Rafael Cəbrayılovun deputat mandatına

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətə baxılıb.

MSK üzvləri müraciəti müzakirə edərək səsverməyə çıxarıblar. Qərara əsasən, Rafael Cəbrayılov deputat mandatından məhrum edilib.

Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi ilə bağlı parlamentə müraciət edib. Milli Məclis isə məsələyə baxılması üçün MSK-ya müraciət ünvanlayıb.

(azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR