KİV: Avropa İttifaqı Boris Consonun “Brexit” təklifləri ilə razılaşmaz

KİV: Avropa İttifaqı Boris Consonun “Brexit” təklifləri ilə razılaşmaz
19:22 2 Oktyabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) liderləri Böyük Britaniyanın bu təşkilatın üzvlüyünü tərk etməsi ilə bağlı baş nazir Boris Consonun təklif etdiyi saziş layihəsini qəbul etməyəcəklər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, diplomatik mənbələr bunu B.Consonun Aİ ilə qarşıdurma yolunu seçməsilə əlaqələndirirlər.
Baş nazirin təklifi Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən bugünkü konfransında açıqlandıqdan sonra yazılı şəkildə Brüsselə və Avropanın başqa paytaxtlarına göndəriləcək.
Hazırkı hökumət Aİ-yə İrlandiya adasındakı sərhəddə şəffaflığı təmin edəcək “backstop” rejiminə alternativ olaraq “Brexit” sonrası keçid dövrü başa çatandan sonra dörd il müddətinə İrlandiya dənizində müvəqqəti sərhəd çəkilməsini, Böyük Britaniya ilə Aİ-də qalan İrlandiya arasındakı sərhəddə gömrük rejimini nəzərdə tutan “Dörd illiyə iki sərhəd” şərti adlı plan təklif etmək niyyətindədir.
Həmçinin 2025-ci ildə Şimali İrlandiya parlamentinin bölgə ərazisində Aİ qanunlarını saxlayacağı, yoxsa həmin vaxtadək Böyük Britaniya qanunlarını rəhbər tutacağı barədə qərar verəcəyi güman edilir.
Böyük Britaniya mediasına və ekspertlərinə görə, bu cür təkliflərin Avropa İttifaqı, xüsusilə də İrlandiya tərəfindən müsbət qarşılanacağı ağlabatan deyil. Belə ki, Şimali İrlandiyanın Aİ gömrük birliyini tərk etməklə yanaşı, azı 2025-ci ilədək Aİ bazarında qalmasını nəzərdə tutan bu plan Avropa İttifaqının vahid bazarı üçün təhlükə olaraq qavranılacağı ehtimal olunur.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-avropa-i-ttifaqi-boris-consonun-brexit-teklifleri-ile-razilasmaz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR