“Hyundai” şirkəti uçan avtomobillərin yaradılması ilə məşğul olacaq

“Hyundai” şirkəti uçan avtomobillərin yaradılması ilə məşğul olacaq
08:22 3 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Hyundai Motor Group" şirkəti uçan avtomobillərin hazırlanması üçün "Urban Air Mobility Division" adlı xüsusi bölmə yaradıb.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni bölmə bütün dünyada yol trafiki ilə bağlı problemlərin həlli üzrə innovativ layihələrin icrası ilə məşğul olacaq.
 
Məlumata görə, "Urban Air Mobility Division" bölməsinə ABŞ Kosmik Agentliyinin (NASA) aeronavtika sahəsində tədqiqatlar üzrə şöbəsinin (Aeronautics Research Mission Directorate) keçmiş rəhbəri, təcrübəli mühəndis Cayvon Şin başçılıq edəcək. O, çoxsaylı layihələrə, o cümlədən "X-Plane" seriyalı səsdən sürətli təyyarənin hazırlanmasına, sürücüsüz nəqliyyat vasitələrinin trafikinin idarə olunmasına və s. rəhbərlik edib.
 
Uçmaq qabiliyyətinə malik avtomobillər uzun illər konsepsiya şəklində olsa da, hazır həllərin işlənilməsinə başladıqdan sonra yaxın on il ərzində onları görmək mümkün olacaq.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/790685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR