Musiqi məktəbində Faiq Sücəddinovla görüş keçirilib - FOTO

Musiqi məktəbində Faiq Sücəddinovla görüş keçirilib - FOTO
12:57 3 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Oktyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, bəstəkar və pianoçu Faiq Sücəddinovla görüş keçirilib.

Milli.Az xəbər verir ki, görüş zamanı Faiq Sücəddinov müəllim və şagirdlərə Azərbaycan musiqisi, bəstəkarlıq məktəbi, müasir musiqilərimizdə mövcud istiqamət və meyllər haqqında danışıb. Onlara Azərbaycan bəstəkarlıq məktəbinə xas milli ənənələrlə Qərb musiqisinin vəhdətini konkret nümunələr üzərində izah edib.

Bəstəkar eyni zamanda öz yaradıcılığı haqqında, bəstəkar və pianoçu kimi keçdiyi yoldan məlumat verib. 
İnteraktiv şəraitdə davam edən görüşdə Xalq artisti, Əməkdar incəsənət xadimi Faiq Sücəddinov "Vətən balladası", "Dostum", "Ağcaqanadın uçuşu", "Xatirələr" və bəstələdiyi başqa musiqi əsərlərini ifa edib, müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Görüşün sonunda bəstəkarla xatirə şəkli çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/791224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR