Prosineçki ümidverici futbolçular görür

Prosineçki ümidverici futbolçular görür
14:43 16 Yanvar 2015
115 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

“Ümidverici futbolçular görürəm”. Trend-in məlumatına görə, bunu Antalya şəhərində Premyer Liqa klublarının hazırlıq prosesini izləyən Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AFFA-nın saytına açıqlamasında deyib.

O, qeyd edib: “Oyunlarda ümidverici futbolçular görürəm. “Qarabağ”ın heyətində Namiq Ələsgərovun yaxşı oyununu qeyd edərdim. Digər klublarda da diqqətimi çəkən yeni adlar var. Hələ 10 gündən çox Antalyada qalıb klubların oyunlarını izləyəcəyəm. Yeni futbolçuların diqqətimi cəlb edə biləcəyi istisna deyil”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2354086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR