MBNP ötən ayın

Sentyabrda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 966 Çağrı mərkəzi vasitəsilə 2500-dək, elektron və kağız daşıyıcılarında 4000, sosial şəbəkələr üzərindən 260-dan çox müraciət daxil olub.

Palatanın mətbuat xidmətindən Metbuat.az -a verilən məlumata görə, informasiya agentlikləri, xəbər portalları, televiziya, radio və digər media kanalları vasitəsilə rəsmi və işçi qaydada daxil olmuş 50-dən çox sorğu operativ şəkildə cavablandırılıb.

MBNP-nin fəaliyyəti barədə məlumatların daha böyük miqyasda və geniş auditoriyaya çatdırılması məqsədilə “Facebook”, “Youtube”, “Twitter”, “Linkedin” kimi sosial media kanallarında aktiv təmsil olunur, rəsmi internet səhifə vasitəsilə ictimaiyyətə açıqlanan və palatanın fəaliyyəti ilə bağlı digər zəruri məlumatlar, mövcud olan vakansiyalar sosial şəbəkələrdə yerləşdirilir, bu kanallar vasitəsilə müraciətlərin operativ şəkildə cavablandırılması təmin edilir.

Sentyabrda, həmçinin palatanın “Instagram” səhifəsi də hazırlanaraq ictimaiyyətə təqdim olunub. Ay ərzində sosial şəbəkələrdə ümumilikdə görülən işləri özündə əks etdirən 100-dən çox status və tvit paylaşılıb, palata ilə bağlı süjetlərin, müxtəlif proqram və verilişlərin, eləcə də maarifləndirici çarxların, animasiya filmlərinin paylaşıldığı “Youtube” kanalında 30-dək video yerləşdirilib.

Sentyabrda ictimaiyyətə MBNP-nin öhdəliyindən irəli gələn məsələlərin icra statusu, təmsil olunduğu müxtəlif yerli və beynəlxalq tədbirləri, hesabatları və digər yenilikləri özündə əks etdirən 18 press-reliz açıqlanıb.

İctimaiyyətlə operativ kommunikasiyanın təmin edilməsi məqsədilə palatada bir neçə müraciət kanalı fəaliyyət göstərir. Bu müraciət kanallarına www.fimsa.az rəsmi internet səhifəmizdə aktiv olan “Bizə yazın” pəncərəsi, daimi olaraq müraciətlərin qəbulu və qeydiyyatı üçün yaradılan info@fimsa.az elektron poçt ünvanı, müraciətlərin əyani qaydada təqdim olunması üçün palatanın inzibati binasında yerləşdirilmiş müraciət qutusu, 966 Çağrı mərkəzi, o cümlədən sosial şəbəkələri aiddir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR