O siyahıya düşməmək üçün...

O siyahıya düşməmək üçün...
14:47 16 Yanvar 2015
113 Sosial
Ölkə mətbuatı
A- A+

...yeməyinizə diqqət edin

Ötən il ərzində Azərbaycanda 1308 nəfər qidadan zəhərlənib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, ötən il Azərbaycanda 1170 qida zəhərlənməsi hadisəsi baş verib.

Bu müddətdə 23 botulizm hadisəsi baş verib. Nəticədə 41 nəfər zərər çəkib. Botulizm nəticəsində 2 nəfər dünyasını dəyişib. Ölüm hadisələrinin biri Ağabədidə, digəri Şirvanda baş verıb. Hər iki hadisəyə ev şəraitində hazırlanmış pomidor turşusu səbəb olub.

Əvvəlki illərdə olduğu kimi, ötən ildə də zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Ümumilikdə, qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR