Parlamenti tənqid etdiyi tablo fantastik qiymətə satıldı - FOTO

İngilis rəssamın "Brexit" mübahisələrindən ilhamlanaraq çəkdiyi rəsm fantastik məbləğə satılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bütün dünyada məşhur olan qrafit sənətçisi Benskinin "Devolved Parliament" ("Geri təkamül edən Parlament") tablosu Londonda açıq hərracda satışa çıxarılıb. 4 metr boyunda olan sənət əsəri 9.8 milyon sterlinqə satılıb.

Əsərin rəssamı artıq dövrünün Volteri kimi qiymətləndirilir və "Brexit" mübahisələrini ən mükəmməl şəkildə əks edən şəxs olduğu bildirilir. Rəssam özü isə, "İnstagram" hesabəndan etdiyi paylaşımda sənəti maddi bir dəyər olaraq görməyi tənqid edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR