"Makronun Türkiyəni əsassız yerə günahlandırması doğru deyil" - Çavuşoğlu

Türkiyə Xarici İşlər naziri Əhməd Çavuşoğlu Avropa Birliyi Köç, Daxili İşlər və Vətəndaşlıq üzrə nümayəndəsi D. Avrampoulos və Almaniya Daxili İşlər naziri Horst Seehofer ilə bir araya gəlib. Parisdəki polislərə hücum səbəbi ilə Ankaraya səfərini təxirə salan Fransa daxili İşlər naziri Xristof Kastaneri Fransanın Ankara səfiri Çarlz Friz təmsil edib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Çavuşoğlu görüşdən sonra verdiyi açıqlamada miqrant problemi və Türkiyə-AB münasibətlərini dəyərləndirdiklərini bildirib:

"Biz miqrant məsələsinin insani bir mövzu olduğunu və iş birliyimizin davam etməsi lazım olduğunu bildirdik. Türkiyənin çalışmaları davam edərkən Avropa Birliyindən olan gözləntilərimizi söylədik. Son zamanlarda Yunanıstan adalarına keçiddə kiçik bir artım olduqdan sonra Türkiyəyə qarşı əsassız günahlandırmalar oldu. Fransa prezidenti Emanuel Makronun bir suala cavab verərkən Türkiyəni günahlandırması doğru deyil. Belə günahlandırmalar əvəzində birlikdə problemi həll etmək lazımdır".

Eyni zamanda Çavuşoğlu bildirib ki, AB ilə nə cür bir iş birliyi qurmaq istədiyimizi açıqladıq və iclas effektli keçdi:

"Cənab prezidentimizin daima gündəmə gətirdiyi təhlükəsiz bölgənin yaradılması, hal-hazırda ABŞ ilə yaşadığımız müddət, təhlükəsiz bölgə yaradılarkən digər şəhərlərə suriyalı miqrantların qaytarılması mövzusunda nələt etməli olduğumuzu danışdıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR