Milli komandanın 5 futbolçusu yoxa çıxdı

Milli komandanın 5 futbolçusu yoxa çıxdı
15:57 4 Oktyabr 2019
119 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Eritreya yığma komandasının 5 üzvü turnirə yollandıqları Uqandada yoxa çıxıb.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, sözügedən ölkənin U-20 millisinin üzvü olan futbolçular Keniya ilə oyun ərəfəsində qeybə çəkiliblər. Onların Jinja şəhərində itdiyi bildirilir.

Uqandanın "The Daily Monitor" nəşrinin yazdığına görə, artıq turnirin təşkilatçısı olan Şərqi və Mərkəzi Afrika Futbol Federasiyaları Assosiasiyası (CECAFA) 5 eritreyalı futbolçunun itdiyini rəsmən təsdiqləyib. Uqanda polisi hazırda onların axtarışı ilə məşğuldu.

Xarici mətbuatın yazdığına görə, sözügedən oyunçular özləri bilərəkdən yığmanın düşərgəsini tərk ediblər. Onların öz ölkələrindəki yaşayış şəraitindən narazı olduğu və Uqandada, yaxud digər qonşu dövlətlərin birində sığınacaq almağa çalışdığı bildirilir. Hansı ki, əvvəlki illərdə də eritreyalı futbolçular Keniya, Anqola və Tanzaniyadakı turnirlərə yollanarkən oxşar addımlar atmışdılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/791594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR