Bakı sakini “playstation” salonunda döyülüb və şantaj olunub

Bakı sakini “playstation” salonunda döyülüb və şantaj olunub
16:02 4 Oktyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Xırdalanda 25 yaşlı oğlan “playstation” salonunda döyülüb.
“Report”un xəbərinə görə, Bakı şəhər sakini S.Aslanov polisə müraciət edərək bildirib ki, sosial şəbəkədə tanış olduğu Fərid adlı şəxslə Yasamal rayonunda görüşüb. Daha sonra Fəridin tanışları Rauf, Ülvi, Bayram və Röyal onu zorla avtomobilə mindirərək Xırdalan şəhərində yerləşən “playstation” salonlarından birinə aparıblar, onu orda döyüblər və hadisəni videoya çəkiblər. Daha sonra həmin şəxslər S.Aslanovu hədələyərək 2000 manat verməyəcəyi təqdirdə həmin videonu sosial şəbəkədə yayacaqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakini-playstation-salonunda-doyulub-ve-santaj-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR