Deputat: Paşinyanın bəyanatı göstərir ki, 1980-ci illərin xülyası ilə yaşayır, Prezident İlham Əliyevin cavabı isə Azərbaycan xalqının iradəsini ifadə edir

Deputat: Paşinyanın bəyanatı göstərir ki, 1980-ci illərin xülyası ilə yaşayır, Prezident İlham Əliyevin cavabı isə Azərbaycan xalqının iradəsini ifadə edir
16:08 4 Oktyabr 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatı onu göstərir ki, Paşinyan 1980-ci illərdə donub qalıb və o dövrün xülyası ilə yaşayır.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə Prezident İlham Əliyevin Paşinyanın “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatına “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə cavab verməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu cavabı Azərbaycan xalqının fikrini və iradəsini ifadə edir:

“Bu, bütün dünyaya onu göstərir ki, Azərbaycan heç vaxt ərazisinin işğalı ilə barışmayacaq və bunu qəbul etməyəcək. Bu, həm də onu göstərir ki, Paşinyanlar və digərləri ərazi iddiaları ilə beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Azərbaycanın mövqeyi isə beynəlxalq hüquq normalarına arxalanır. Azərbaycan xalqının iradəsi Prezident tərəfindən ifadə olunur”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatına cavab olaraq deyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3128331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR