"Yumurta" gəlir

"Yumurta" gəlir
14:51 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yanvarın sonunda “Yumurta” komediya filminin böyük ekrana çıxması gözlənilir.
 
Axşam.az xəbər verir ki, montaj mərhələsində olan filmin rejissoru Ramil Adiloğludur. Ssenarini Ramiz Hüseynzadə, Elman Telmanoğlu, İslam Ağayev, Məcid Hüseynov, Ramil Adiloğlu yazıb.
 
Regional TV-nin maliyyə dəstəyilə çəkilən filmdə hadisələr iki zaman kəsiyində baş verir: milyon il əvvəl və indi. Arxeoloq qazıntılar aparanda qədim yumurta tapır. Hadisələr də yumurtanın ətrafında baş verir.
 
Rejissorun sözlərinə görə,  “Yumurta” Azərbaycan tamaşaçısının arzuladığı  filmdir:

“Filmdə Azərbaycan tamaşaçısının xarici filmlərdə görməyə adət etdiyi hadisə, məsələn, milyon il əvvəlin təsviri, fantastik elementlər var. Üstəgəl, iyirmiyə yaxın məşhur aktyorun bir arada olması onu arzuedilən filmə çevirəcək”.
 
Filmdə Fərda Xudaverdiyev, Bəhram Bağırzadə, Teymur Bayram, İlham Əziz, Ramin Hacıyev, Elnur Hüseynov, Ələsgər Məmmədoğlu, Arif Quliyev, Firuzə İbadova, İlkin Əhmədov, Xuraman Əlizadə və başqaları rol alıb.
 
Büdcəsi 140-150 min manat arası olan filmin çəkilişləri Bakıda, Mərdəkanda, Pirquluda, Sumqayıtda, Qubada olub.

kulis.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR