Bakıda 47 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda 47 yaşlı kişini avtomobil vurub öldürdü
22:22 4 Oktyabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Naxçıvan Muxtar Respublikası vətəndaşı, 1981-ci il təvəllüdlü Talıbov Məmməd Məhəmmədəli oğlu idarə etdiyi "Baic" markalı 90 PC 299 dövlət nömrə nişanlı avtomobillə Təbriz küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 1972-ci il təvəllüdlü Qasprinski Renad Süleymanoviçi vurub.

Piyada yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3128410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR