Kipr Türkiyəni ABŞ-a "şikayət edəcək" - Təbii qaz qalmaqalı böyüyür

Türkiyənin ikinci qazma gəmisi "Yavuz"un Mərsin şəhərindən çıxdıqdan sonra Kipr adasının şimal-qərbində götürdüyü istiqamət Kipri narahat edib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, gəmi hal-hazırda Aralıq dənizində 2 türk hərbi gəmisinin keşikçiliyi ilə təbii qaz çalışmaları aparılacaq bölgəyə doğru gedir. Kipr yunan icmasının lideri Nikos Anastasiadis bununla bağlı deyib ki, gəminin hərəkətlərini təqib edirlər və beynəlxalq hüquqa uyğun bütün tədbirlər alınacaq. Yunanıstan Baş naziri K. Miçotakisin bu gün ABŞ Xarici İşlər naziri Mayk Pompeo ilə görüşəcəyi və ondan bu mövzuda Kiprə dəstək verməsini istəyəcəyi təxmin edilir.

Qeyd edək ki, "Yavuz" qazma gəmisinin oktyabrın 7-də qazma işlərinə başlayacağı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR