"Valday" Klubu çərçivəsində prezidentlərin görüşü Azərbaycan-Rusiya əməkdaşlığına müsbət impuls verəcək

"Valday" Klubu çərçivəsində prezidentlərin görüşü Azərbaycan-Rusiya əməkdaşlığına müsbət impuls verəcək
17:43 5 Oktyabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın əsasını, ilk növbədə Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında olan qarşılıqlı etimad təşkil edir. Bu fakt ölkələrimiz arasında çoxəsrlik tarixə malik əlaqələrin inkişafına müsbət impuls verir.

Qanunauyğun haldır ki, dünyada mövcud böyük problemlərin həlli zamanı yaxın baxışları olan ölkələr sıx əməkdaşlıq etməlidirlər.

Azərbaycan və Rusiya ümumi tarixi, nüfuzlu diasporları olan, dil baryeri olmayan iki qonşu dövlətdir. Azərbaycan da Rusiya kimi çoxmillətli, müxtəlif dilli xalqların yaşadığı multikultural ölkədir. Eləcə də Azərbaycan cəmiyyəti Rusiya cəmiyyəti kimi tolerantdır və yalnız İslam dini dəyərlərinə deyil, xristian və iudaizmə də hörmətlə yanaşır.

Bu xüsusda iki ölkə liderinin Soçi görüşü partnyorluq dialoqunun möhkəmlənməsi, vacib sahələrdə ikitərəfli əlaqələrin dərinləşməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Şübhəsiz, bu, öz ölkəsi və bütün regionun problemlərinə məsuliyyət daşıyan iki güclü liderin dialoqu idi.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında qarşılıqlı etimad Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmaq istəyən daxili və xarici qüvvələrin səylərinə baxmayaraq strateji əməkdaşlığı daha da gücləndirib.

Bu gün bizim ölkələr müxtəlif sahələrdə; siyasi, iqtisadi, humanitar, nəqliyyat və informasiya texnologiyaları, energetika sahəsində əməkdaşlıq edir. Paralel olaraq, Azərbaycan və Rusiya iri, investisiya, infrastruktur layihələrinin həyata keçirilməsində fəallıq göstərir.

İkitərəfli əməkdaşlığın əsasını Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında olan razılıq təşkil edir. "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası çərçivəsində Soçi görüşü isə iki ölkə arasında münasibətlərə yeni müsbət verib.

"Baku Network" Ekspert Şurasının direktoru

Fəlsəfə doktoru Elxan Ələsgərov

http://bakunetwork.com

Bizə "Twitter" və "Facebook"da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3128748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR