Azərbaycanda bahalı nömrə satan 5 nəfər saxlanıldı

Azərbaycanda bahalı nömrə satan 5 nəfər saxlanıldı
14:52 16 Yanvar 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi kütləvi informasiya vasitələrində nəqliyyat vasitələrinə verilən müxtəlif dövlət qeydiyyat nişanlarının həddən artıq baha qiymətə satılması barədə yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən, ümumiyyətlə, xəbərləri yoxdur. Araşdırmalarla o da məlum olub ki, qeyd olunan nömrələrin satılması barədə elan vermiş şəxslər əslində dələduzluq yolu ilə külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanımadıqları şəxslərin avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər saxlanılıb.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polisi İdarəsində və onun regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində verilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/319383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR