ABŞ-da pivə festivalında partlayışlar olub, xəsarət alanlar var

ABŞ-da pivə festivalında partlayışlar olub, xəsarət alanlar var
10:17 6 Oktyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da pivə festivalında partlayışlar olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NBC teleşirkəti xəbər verib.
Məlumata görə, hadisə Los-Anceles yaxınlığındakı Hanqinton şəhərində "Oktoberfest" festivalında qeydə alınıb.
İlkin məlumata görə, elektrik xəttinin dirəyindəki transformator partlayıb. Nəticədə dirək yerə düşüb və yanıb. Şahidlər bildiriblər ki, üç partlayış olub.
Hadisə zamanı festivalın bir neçə tamaşaçısı və yanğınsöndürən yanıq xəsarətləri alıblar. Zərərçəkənlərin dəqiq sayı məlum deyil, ancaq CBS telekanalı bildirib ki, hadisə zamanı azı dörd nəfər xəsarət alıb. 
Festival iştirakçıları ərazidən təxliyyə edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-pive-festivalinda-partlayislar-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR