Mircəfər Bağırovun qara “ZiS-110” avtomobili ABŞ-a necə gedib çıxdı...

Mircəfər Bağırovun qara “ZiS-110” avtomobili ABŞ-a necə gedib çıxdı...
15:18 6 Oktyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Mircəfər Bağırovunun xidməti Zis-110 avtomobili hazırda ABŞ-dadır və baxımsız qalıb.

Virtualaz.org xəbər verir ki, bu haqda mag.auto.ru portalı yazır.

O dövrdə sovet rəhbərlərinin gəzdiyi “ZiS-110” (Stalin adına zavod) Böyük Vətən Müharibəsinin başa çatmasından sonra SSRİ-də seriya istehsalı həyata keçirilən ilk bu tip avtomobil idi. 194-1961-ci illər ərzində həmin avtomobildən 2089 nüsxə istehsal edilib. Və həmin avtomobillərdən biri sonradan ABŞ-a gedib çıxıb.Texas ştatının Hyuston şəhərinə gedib çıxan “ZiS-110” avtomobilini 2016-cı ildə eBay-da 200 min dollara satıblar. Bu, Mircəfər Bağırovun avtomobili idi...

1947-ci ildə istehsal edilmiş qara “ZiS-110” Stalin tərəfindən Mircəfər Bağırova hədiyyə edilmişdi. Stalinin ölümündən sonra Mircəfər Bağırov da işdən çıxarılır, həbs olunur və 30-cu illərdə həyata keçirilən amansız repressiyalara görə güllələnir. Avtomobil isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qarajında, küncdə atılıb qalır. 1968-ci ildə avtomobili Azərbaycan məmurlarından kiməsə bağışlayırlar.

1989-cu ildə ZiS yeni sahibinə çatır və o, 1998-ci ildə amerikalı avtomobil idxalçısı ilə tanış olur. Bir il sonra onlar anlaşırlar və nadir avtomobil ABŞ-a yola salınır. Orada uzun illər ərzində qarajda qalıb toz basır. 2016-cı ildə isə eBay-da satılır. Hazırda avtomobilin vəziyyəti ideal deyil, amma onu restavrasiya etmək və əvvəlki vəziyyətinə qaytarmaq mümkündür...


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/292289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR