Türkün 2200 il öncə səhrada yaratdığı möcüzə - Çin səddinə tay tutulur

Türkün 2200 il öncə səhrada yaratdığı möcüzə - Çin səddinə tay tutulur
20:42 6 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Çin dedikdə bir çox insanın ağlına gələn Böyük Çin səddi olur. Baxmayaraq ki, Böyük Çin səddi deyilən bu divarlar çinlilərin Türklərdən müdafiə olunması üçün tikilib.

Amma  Uyğur türklərinin yaşadığı Türküstanın Turfan bölgəsində Tanrı dağları adlanan ərazidən 2200 il bundan öncə ümumi uzunluğu elə uzunluğu təqribən Böyük Çin səddi divarları uzunluğunda - 5272 km uzunluğu olan yeraltı su kanaları çəkməsi, günümüzdə dünyanın  möcüzələrindən biri hesab edilir.

Milli.Az bildirir ki, çinlilər bunu  Böyük Çin səddi divarlarından sonra ikinci möcüzə hesab edirlər. Uyğur türklərinin yerin altında çəkdikləri bu su kanalı Böyük Çin səddindən daha möhtəşəmdir. İnsanların suya olan ehtiyacını ödəyən bu yeraltı su şəbəkəsi indi də mütəxəssisləri çox heyrətləndirməkdədir.

Çünki Turfan bölgəsi özü dəniz səviyyəsində aşğı olan bir ərazidə yerləşir. Turfan ərazisi iqlim şəraitinə görə son dərəcə quraqlıq bir bölgədir. Quraqlıq olduğundan  insanlar sudan çox böyük əziyyət çəkirlər. İnsanların su problemini həll etmək üçün 2200 il bundan öncə Tanrı dağlarından  Turfan istiqamətinə ümumi uzunluğu 5272 km olan yeraltı su kanalları çəkilib. Məhz bundan sonra quraqlıq ərazidə  "cənnət- məkan" yaradıblar. Kəhriz kanalını adını alan bu yeraltı kanallar  Tanrı dağından 60km-lik quraq səhranın altından keçərək Turfan şəhərinə yetir.  Yeraltı kanallar 110 metr dərinlikdən qazılmağa balanılıb. Yeraltı su kanallarının keçdiyi ərazilərin üzərindən müəyyən məsafələrdə quyular açılıb. Bu vasitə ilə  kanaldan su götürülərək əkin sahələri suvarılıb. Demək  olar ki, Turfan şəhərinin suya olan ehtiyacının böyük bir qismi bu yeraltı su kanalı vasitəsi ilə təmin edilib.

Bundan əlavə Turfan bölgəsi quraqlıq və isti bölgə olduğundan insanlar suyu uzun zaman saxlamaq üçün yeraltı quyulardan istifadə edib. Yəni suyun daha gec buxarlanması üçün yerin altında sərin yerdə saxlamağa üstünlük veriblər. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/791207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR