"Qarabağ" ardıcıl 7-ci

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun son oyununda lider "Qarabağ" "Sabah" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam klubunun 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Bununla da Qurban Qurbanovun komandası ölkə çempionatında ardıcıl 7-ci qələbəsini qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR